Ali & Nino

Bu axşam, dostlarımla, Gənc Tamaşıçılar Teatrı ilə üz-bəüz olan Ali və Nino: Kitab kafesində oldum. Kitab kafesi Ali və Nino kitab dükanının altında yerləşir və adından məlum olduğu kimi kitab oxumaq üçün nəzərdə tutulub. Beləliklə yaxşı yeyib-içmək mümkün olmadı orda. Amma! Kafenin mühiti və atmosferası olduqca sakit və ürəyə yatandır. Kafenin içərisi Ali və Nino adı ilə dizayn olunmuş posterlərlə bəzədilib. 4 divardan biri kitab rəfləridir. Deməli, özünlə kitab gətirməmisənsə rəfdə olan kitablardan oxuya bilərsən.

Bəkqraundda sakit səslə Əzizə Mustafazadənin Caz kompozisiyaları oxuyurdu. Masamızda Yapon yazıçısı Murokaminin "Əyləcsiz Möcüzələr Ölkəsi və Axirət günü" kitabı var idi. Məni isə rəfdə olan digər kitab maraqlandırdı Rövşən Əsgərovun "Stranovedeniye" kitabı. Kitabı bir az vərəqlədim sonra isə onu qırağa qoyub ofis fayllarından ibarət olan qovluğa oxşayan menyünü götürdüm. Menyü Rus dilində olduğundan bir şey başa düşmədim. Menyünü oraya-buraya çevirəndən sonra başa düşdüm ki standard salatrlar, avropa sayağı sendviçlər (klub sendviç və s.) və desertlərdən ibarət kafe menyusudur.

Çay ilə dessert götürüb, şirin-şirin söhbət etdik. O qədər deyib güldük ki, digər masalarda əyləşən və həqiqətəndə kafeya kitab oxumaq üçün gələn müştəriləri narahat edərək, istəmədən, onları kafeni tərk etməyə məcbur etdik. Qiymətlər pis deyildi, müxtəlif növ çayları 3 manatdan 5 manata qədər sifariş etmək olardı, dessertləri də dadlı idi. Ali və Nino klassik Avropa Ədəbiyyat Kafelərindəndir. Bizim cəmiyyətimizin formatına nə qədər uyğun olduğunu bilmirəm. Əgər sakitləşmək, fikirləşmək və kitab oxumaq istəyirsinizsə, və əgər mən və mənim dostlarım kafedə yoxdursa, o zaman bu kafeni hamıya məsləhət görürəm.

Qiymətləndirmə:


Mühit - 7
Servis - 7
Təmizlik - 7
Dad - 8
Qiymətin uyğunluğu - 7

Ümumi bal - 7.3

2 comments:

  1. bu kafe tam menim ruhuma uygun bir kafedir. Men Gurgustanda yasayanda orda da bele kafeler seti var idi. men zarafatca hetta bir yazi da yazmisdim 4 baci kafesi. bu kafeler lit kafe idi amma herenin oz spesifikasi var idi. meselen menim sevdiyim amerani kinoteatrinin foyesinde olan kafe kinozal tipinde idi. orda pianino var idi. interyer 30 cu illerin interyeri idi. zal yarimqaranliq idi. her masanin ustunde torser var idi. ora da lit kafe idi. amma kitab oxuyan hec vaxt olmurdu. amma kitab haqqinda danisanlar ve kitab severler gelirdi ora. ve biz saatlarla sesli kuylu muzakireler edirdik orda. oxudugumuz kitablar haqqinda, siyaset haqqinda. o qeder sesli kuylu idik ki, bezen ofisiantlar bize yaxinlasir ve cox medeni suretde sesimizi kesmeye xahis edib didi madloba deyib bizden ayrilirdilar. o zaman hemise bizim musiqici dostlarimizdan biri pianinoya yaxinlasib improvizatsiyalar etmeye baslayirdi ve ara sakitlesirdi. bu lit kafeye ne zaman gelsem orada gurcu yaradici muhitden olan dostlarima rast gelirdim. ve bakida xudmani ve zeif kopyasi da olsa bele yere rast geldiyime cox sevindim. ola bilsin orda yeyib icmek olmur, ola bilsin ki ora da qiymetler cox bahadir(bize gore) amma orda bir maraqli muhit var. orda men ozumu ele rahat hiss edirem ki Elshen zarafatca menim evimde adlandirir orani. Biz orda olduq olmadiq hamiya meslehet gorurem bu yeri. Vefa Ceferova

    ReplyDelete
  2. Sen dayi hech de, hemishe orda olursan :)

    ReplyDelete