Traveller's Coffee

“Traveller's coffee” kafesinə nəzər yetirəndə, dərhal anlayırsan ki, bu yerə küllü miqdarda sərmayə sərf olunub. Birincisi, kafenin yerləşməsi. Məkan çox uğurludur – Nizami-Torqovaya küçəsi, ADİDAS dükanının yanı. Demək olar ki, şəhərin göbəyində yerləşir. Düz xatırlayıramsa, bu yerdə əvvəllər Şərq Şirniyyatları supermarketi yerləşirdi. Şərq Şirniyyatları marketində qiymətlər yüksək idi, buna baxmayaraq çox qaynar al-ver gedirdi orada. Bildiyimə görə oranın kirayyəsi da gəliri də çox yüksək idi. Hal hazırda mən heç ağlıma gətirə bilmərəm ki, Traveler's coffee-nin müdirləri bu yeri əldə-etmək üçün hansı strategiyaya əl atmışdır.

Bu yerin yaranması, təmiri və ilk açılışı gözümün qabağında olmuşdur. Hazır olan kafenin, həftələrlə açılışı elan olunmurdu. Və düz 3 həftə ərzində qapısında “CLOSED” lövhəsi asılmışdır. Ona görə, bu məkanın açılışını mən özüm səbirsizliklə gözləyirdim. Traveller's coffee – səyahətçilərin qəhvəsi kimi tərcümə olunur. Bu yerin səyahətlərə aid olub-olmamağı haqqında müzakirə açmayacam amma başa düşdüyüm qədər buranı dünyanın qəhvə yetişdirilən müxtəlif yerlərinə səyahət kimi başa düşmək olar.

İçəridə hökm sürən atmosfer olduqca mülayim və “relax”-lidir. Dizayna söz ola bilməz. Traveller's coffee bir franşizdir. Bu adda kafelər ABŞ-da, Avropada və hətta Rusiyanın 12 şəhərində də var. Menü, garsonların geyimi, dizayn, musiqi və divardakı güzgülərə qədər hər şey standartlaşdırılmış paketdə gəldiyindən çox uğurlu və ahəngdar görünür.
İçəridəki quruluş mənə “müstəmləkə” ruhunu bağışladı. Tünd qəhvəyi və sarı rənglər, qəhvə dənəcikləri, qəhvə fincan və qəhvədanlar, divardakı mozaika və dekorasiya üçün seçilmiş foto şəkillər sanki 60-cı illərdə Cənubi Afrikada inşa olunmuş bir müəssisəni mənə xatırlatdı. Divardakı şəkillər müxtəlif Afrika tayfalarının gündəlik həyatından görüntülərdən ibarət idi. Bu mühit mənə köhnə rus lətifəsini xatırlatdı: “Кофе Чибо сделан из кофейных зёрен тщательно отобранных y негров”. Dordan da, elə təsəvvür yaranır ki, divardakı şəkillərdə bu kafeni tikmiş “ağ insanlar” tərəfindən hüquqları tapdalanmış “qarabalalar” təsvir olunub.

Məsələn mən, qəhvənin düzəldilməsində neçə insanın hüququnun pozulmasını bilərək birdəfəlik bu içkidən imtina etmişəm. Ona görə mən, Traveler's Coffeedə olanda, yalnız çay içirəm. Çaylar çox ətirli və ləzzətlidir. Jasmin çayı, yaşıl çay, qırmızı çay, “Örl Qrey” və ənənəvi içdiyimiz qara çay. Ola bilər ki, çayın hazırlanmasında da bir sıra insanın hüququ pozulub, amma mən nəisə içməliyəm ya yox?

Bir dostumun fikrinə əsasən, Traveller's Coffeedə əyləşəndə insan elə bilir ki, Avropanın hər hansı bir şəhərində dəbli bir kafedə əyləşib. Traveller's Coffee bu mühitin yaradılmasını başarıb və məncə bu kafenin uğurunun baş meyarı budur. Kafeyə günün hər hansı vaxtı gəlsən, oradan müsbət enerji ilə çıxacaqsan. Kafe hər zaman insanla dolu olur, və ən azından müxtəlif insanlara müşahidə etməyi (el arasında “people watching”) xoşlayan müştərilər üçün ideal yerdir. Kafe iki mərtəbəlidir, ikinci mərtəbə siqaret çəkənlər üçündür. Hər iki mərtəbədə pulsuz simsiz internet işləyir ki, oraya LapTopunuzla və ya hər hansı bir digər cihazınızla gələsi olsanız rahat internetə qoşula biləcəksiniz.

Kafenin menyusunda olanlar o qədər də cazibəli deyil, əsas xörəklər, salatlar və sendviçlər bir qədər şit və dadsızdır (amma menyudakı şəkillərdə çox cazibədar görünürlər). Digər tərəfdən bu çatışmazlıq, desert menyusu tərəfindən tarazlanır. Desertlər rəngarəng, dadlı və yüksək kalorilidir.
Bakıda mövcudluğu sual altında olan orta təbəqə üçün bu kafe bir az bahadır, amma məkanı, servisi və atmosferi nəzərə alsaq ona dəyər.


Расположеный в самом начале Торговой Traveler’s Coffee открылся недавно. Побывав тут в первый раз я было задумался о том что вот наконец-то и у нас открылось что-то интересное, в новом формате. Но что-то все-таки настораживало. Почему кофе, а не чай? Разве владельцы не знают что кофе у нас не самый популярный напиток? Да и название почему-то казалось мне знакомым. Покопался в интернете, ну конечно же – франшиза. Грубо говоря McDonald’s. В Нью-Йорке, Лондоне, Москве, Гон-Конге всё одинаковое, то же меню, схожий дизайн интерьера, вкус наверное тоже почти одинаков. Я даже кажется был тут, давно, в каком-то городе. И все же для нашего города это новый формат, а об этом стоит написать.

Прежде всего, надо отметить что тут очень располгающая к отдыху атмосфера. Каждый клиент имет право на бесплатный доступ в интернет через Wi-Fi, так что можно взять с собой компьютер и работать будь то завтрак, обед или ужин. Ещё одна особенность не часто встречающаяся в нашем городе – разделение зон для курящих и некурящих (мировые стандарты того требуют и открывший это кафе по франшизе обязан им следовать). Верхний этаж для курящих, нижний – для некурящих. Дизайн помещения очень приятный, свет приглушенный, глаз отдыхает. Можно выбрать столик у стены с сотней зеркал, можно сесть рядом с окном с видом на Торговую, можно подняться наверх в секцию для курящих.

Обслуживают быстро. Подают красиво. Меню небольшое по объёму, зато всё что там указано есть в наличии. Большой выбор кофе и всевозможных видов чая. На это, как следует из названия тут и делается упор. Соответственно – большой выбор десертов. Десерты я бы сказал не традиционые для Баку. Во всяком случае всё что там есть, вместе, в каком-либо другом месте найти проблематично. Несколько блюд на завтрак, вернее несколько опций: американский завтрак, немецкий, британский. Есть в меню несколько салатов, сендвичей (рекомендую клуб-сэндвич), несколько горячих блюд. Впрочем наесться, как мы, азербайджанцы себе это представляем тут будет проблематично, для этого надо будет заказывать всего по две-три порции. А это тут же скажется на счете. Алкоголь в меню отсутствует

Один неприятный момент который приключился со мной в Traveler’s Coffee: я заказал блюдо в которое кроме прочего входили и жареные грибы. Обычные шампиньоны, жареные, не нарезаные. Так вот, они хрустели у меня на зубах. Нет, это не был хруст прожарекой грибной корки, так хрустит земля на плохо вымытых грибах. Досадно. Жаловаться я правда не стал. А вот дама за соседним столиком осталась чем-то недовольна до такой степени, что вызвала администратора и долго ему что-то выговаривала.

Итак, заведение нового формата в нашем городе. Наесться вдоволь тут не получится, но можно хорошо раслабиться, атмосфера распологает. Можно распробовать разные виды десертов, кофе, чая, поэксперементировать. Сюда хорошо приходить с друзьями, старыми знакомыми, можно посидеть с компьютером. Несмотря на то что людей тут почти всегда достаточно много, это не отвлекает и излишнего шума не наблюдается. Цены довольно умереные, ну так и порции не большие.

Наши оценки:

Атмосфера - 9
Сервис - 8
Чистота - 8
Вкус - 7
Соответствие цены - 7

Общий бал - 7.4



8 comments:

  1. qyimetlendirme olmayacag?

    ReplyDelete
  2. qiymetlendirmeni GarinGulu edecek.

    ReplyDelete
  3. добавил свой отзыв и оценки, кушайте на здоровье :)

    ReplyDelete
  4. qiymetlendirme her zaman esas metnin axirinda olacaq

    ReplyDelete
  5. menim is yerimin duz yanindadir, chox gec servis edirler, ofisantlar windows vista kimi ishleyir, kommandani verirsen qalir baxir sene. Eger kimse qizarmali bir shey sifarish verse siz mutleq onun tustusunu goreceksiniz, ikinci mertebede oturmusunuzsa ora qalxan tusutuye gore ozunuzu "kapchenniy" baliq hiss edeceksiniz. Yaxshi interyer ve dad isteyenler bir az eziyyet chekib qarshidaki Azza'ya getseler daha yaxshi olar.

    ReplyDelete
  6. maraqlidir orada neche defe oturmusham, amma kapchenniy iy hiss elemedim. Garshidaki Azza hardadir ki?

    ReplyDelete
  7. Dunen oturmushdum Travelersda... kuxnada nese qizardirdilar... iy-tustu burumushdu alemi. Gagash duz deyibmish.

    ReplyDelete
  8. Ooooooooooooooo, menim en sevdiyim kafedir!!! Heftenin demek olar ki, 3 gununu orada kecirdirem :-)

    ReplyDelete