Jazz Center

Bəri başdan deyim ki, Jazz Centre-də yemək heç vaxt sifariş etməmişəm. Ona görə də onun haqqında danışa bilmərəm. Jazz Centre-dəki içkilər menyusu genişdir amma olduqca adidir. Qiymətlər isə çox də qorxulu deyil. Mərkəzin içərisində yaradılmış atmosfer çox gözəldir, Jazz festivallarından, mərkəzin qonaqlarından, müxtəlif Jazz dahilərindən bəhs edən şəkillər çox gözəl tarixçə nümunəsini yaradır. İçəridəki zal kvadrat formasındadır və çox genişdir. Tavana yaxın düzəldilmiş ornament nədənsə gəmi və liman abhavasını yaradır. Jazz hara? Liman hara? Bunlar mənə qaranlıq qaldı.

Axşamlar boş vaxtım olanda, mən Jazz Centre-ə niyə gəlim axı? Musiqiyə görə! Böyük Jazz həvəskarı deyiləm, amma canlı(!) Jazz kompozisiyalarına və xüsusi olaraq improvizasiya və “jam” sessiyalarını çox xoşlayıram (düzdür ifaçılardan da çox şey asılıdır).

Maraqlı bir əhvalat danışım. Bir darıxdırıcı və soyuq Bakı axşamı idi. Əmioğlularım məni Jazz Centre-ə getməyə dəvət etdilər. Soldan ən qıraqdakı, rahat oturacaqlı masanı seçdik və bizi feyziyab edən Jazz musiqisi sədaları ilə darıxdırıcı həyatımızı unutmağa çalışdıq. Proqramın əvvəli məni qane eləmədi. Bakıda çox sevilən “Jazz standartları” bizə təqdim olunmuşdur: “Strangers in the night”, “Feelings”, “What a wonderful world”, “I just called to say I love you” və Frənk Senatranın, Armstronqun və Stivi Uonderin digər məşhur mahnıları.

Bundan sonra səhnəyə olduqca gənc, dəbli görkəmli və ümidverici ifaçı Ülviyyə Rəhimova çıxdı. Maraqlı ifası ilə proqrama rəng qatdı. Ülviyyənin ifası ilə Jazz proqramı sona yetdi və dopdolu zal boşalmağa başladı. Biz isə getməyə tələsmirdik, oturub mədəniyyət və “Bakıda axşam çağı gediləsi yer qalmayıb” mövzularında söhbət edirdik. İşıqları söndürdülər, masaların üzərini silməyə başladılar, xadimələr süpürüb-silmək və digər təmizlik işlərinə başladılar. Zalda bizim masadan başqa, digər küncdə bir masada Ədalət Şükürov və üç nəfər, day.az-da tez-tez “intim fotosessiya” bölməsində gördüyüm, qadın əyləşmişdir. Onların mimikasından başa düşdüm ki, onlar da həmin (qeyd etdiyim) mövzuları müzakirə edirdilər.

Bu zaman, bardan səhnəyə tərəf bir insan yavaş-yavaş addımlamağa başladı. Əlində səhəng (“kuvşin”) var idi. Baxışından və gəzişindən dərhal başa düşdüm ki, bu insan azıb və heç də səhnəni axtarmır, şahın tək getdiyi yolu axtarırdı. Bu insan ya sərxoş yada ki, narkotik vasitələrin təsiri altında olan birisi kimi görükürdü. O, səhnəyə yaxınlaşanda projektorun şüası onun üzünü işıqlandırdı, və dərhal yuxarıda dediyim bütün sözləri geri götürdüm (əslində o insan namaz qılandır və qeyd olunan vasitələrlə heç arası yoxdur). Bu Azərbaycanda və dünyada tanınmış zərb alətləri ustası Natiq idi. Natiq “RİTM” qrupunun lideridir və Alim Qasımovun ansamblı ilə dünyanı gəzmiş bir musiqiçidir. Natiqin bir çox konsertində özüm olmuşam evdə də CD kolleksiyasında onun 2 albomu var.

Sən demə, əlindəki səhəng də bir musiqi aləti imiş. Qabın boğazından başqa qırağında da 10 sm diametrində dəlik var idi. Natiq səhnədə olan stulda oturdu, mikrofonu düzüb-qoşdu və həmin gil qabı zərb aləti kimi ifa etməyə başladı. “Dum-tək-təkə-dum-tək-tək!” (hayıf ki, yazı ilə o gözəl səsləri sizə ötürə bilmirəm). Natiqlə gəlmiş dostu səhnədə olan “tam-tam”-ların arxasına keçdi və ifaya qoşuldu. Sonra standart zərb qurğusu və bas gitara harmoniyaya qoşuldu. Axırda isə öz virtuoz ifası ilə tanınmış gənc caz pianoçusu İsfar Sarabski kvintetə qoşuldu.

Natiqin ifası çox cəld tempdə idi, İsfar da ondan geriyə qalmırdı. Düz 45 dəqiqə ərzində möhtəşəm “sinə-dəftər” improvizasiyanın şahidi olduq. Mən və zalda olan hamı həmin 45 dəqiqə ərzində tərpənmədən musiqiyə qulaq asardıq. Ağızlarımız açıq qalmışdı, valeh olmuşduq. Sanki, bir anlıq əsl mədəniyyət, əsl musiqi, əsl Bakı nə olduğunu anladıq və həmin məfhumların nə olduğunu hiss etdik. Əfsuslar olsun ki, o zaman yaxınlıqda bir kamera yox idi ki, həmin gözəlliyi lentə alım. Gərək orada olardınız!

İfa bitdi, biz geyindik və çölə çıxdıq. Küçədə iki nəfər cavan oğlan tum çırtlaya-çırtlaya Almaniyadan təzə “gətirdikləri” köhnə “Mersedes C-şka”-nın necə “itələyəcəklərini” danışırdılar. O vaxtdan Jazz Centre-ə qayıtmamışam. Xəyalımda yaranmış “şəkli” dağıtmaq istəmirəm.

Ac Kishi.



В Джаз Центре можно ещё и поесть. Вы знали об этом? Я подозревал.
И вот однажды, я решил не только послушать музыку и выпить очередной коктейль, но еще и перекусить.

Сразу отмечу, что работать тут начинают после 8-ми - 9-ти вечера. Зал большой, поделен на 3 секции: центральную и две боковые. Центральная в плане обзора сцены конечно же лучше, но обычно бывает занята. По центру зала есть 2 столба, которые безусловно ограничивают обзор, так что выбирая место надо иметь это ввиду. Столики можно резервировать заранее.

Обычно в Джаз Центре полумрак, над столиками небольшие абажуры с лампочками. Впрочем к приглушенному освещению быстро привыкаешь. Откуда-то из темноты появляется официант, приносит меню. Меню не большое, по большей части напитки, различные коктейли (есть и безалкогольные) названия которых начинаются со слова “Jazz”. Кроме этого есть закуски, стадартные для нас горячие блюда. В приципе ничего не обычного ни в ассортименте, ни в сервировке, ни в подаче еды нет. Зато порции достаточно большие. По вкусу, не сказать что изыск, но вполне вкусно.

Единственная проблема с которой я здесь столкнулся это то что в полумраке не так-то легко найти официанта, ну а если и разглядеть то подозвать всё равно проблематично: знаками не получится – не разглядит, а голосом – не услышит, музыка играет. Остаётся дожидаться пока он пройдёт мимо.

Цены на напитки вполе приемлимые, а на еду даже ниже среднего. Но не стоит забывать что в счет будет включена наценка на музыку, сейчас это 7 манат на человека. Согласитесь не каждый отдаст столько за билет на концерт. Но вкупе со средними ценами на еду и напитки обший счет не должен быть очень уж большим.

Приходя в Джаз Центр надо помнить что сюда в первую очередь приходят послушать музыку, расслабиться, отдохнуть и уже потом, даже не поесть, а перекусить. Если раставить приорететы таким вот образом то уйти отсюда недовольным практически невозможно.

Наши оценки:

Атмосфера - 8
Сервис - 6
Чистота - 7
Вкус - 7
Соответствие цены - 8

Общий бал - 7.4

6 comments:

  1. Entiqe..Amma o ifachini adi Isfan yox, Isfardi. A birde, sen demeli ac kishi-sen:) hahaha!

    Humay

    ReplyDelete
  2. and why is Niko Pirosmani's picture there? :)

    ReplyDelete
  3. :) well, this is a friend's review of different places in Baku (restaurants, bars, beer houses, etc.) - reliable! And Pirosmani's picture represents "supra" I guess or "qonaqliq" which is from word "qonaq" which means stumari!

    Humay

    ReplyDelete
  4. spasibo rodnoy! )

    Ulik

    ReplyDelete
  5. he, he.. Isfar. Yadimdan cixmisdi.

    ReplyDelete
  6. Yeah...
    This performance was impressive...

    ReplyDelete